2016-cı ilin yanvar ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33,0% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7%, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5% artıb, avtomobil nəqliyyatında 1,4% azalıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9% artıb.
Trend