2021-ci ilin yanvar-mart ayları ərzində yük daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8 faiz azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 46.7 milyon ton yük daşınıb. Yüklərin 3.2 faizi dəniz, 8.1 faizi dəmir yolu, 0.2 faizi hava, 54.2 faizi avtomobil nəqliyyatı, 34.3 faizi isə boru kəməri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7.2 faiz artım, dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 1.1 faiz azalıb. Hava nəqliyyatı ilə yükdaşımalar isə 55.6 faiz artıb.