11 C
Baku
Monday, November 25, 2024

“Azərbaycanda yüksək sürətli internet şəbəkəsi yaradılacaq”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi imkanlarına baxır.

Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “E-government 3.0 – Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda keçirilən təqdimatda bildirib.

Nazir müavini qeyd edib ki, əgər əvvəl layihənin maliyyələşdirilməsinin yeganə mənbəyi kimi Dövlət Neft Fondunun vəsaitləri nəzərdə tutulurdusa, hazırda nazirlik layihənin reallaşdırılmasında başqa resursların cəlb edilməsinə yönəlib.

Onun sözlərinə görə, söhbət müxtəlif strukturlardan kreditlərin cəlb edilməsindən gedir. Həmin kreditlərin hesabına bu layihə maliyyələşdiriləcək:

“Layihə ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir və onun iqtisadi məqsədəuyğunluğu ilə əlaqədar digər mənbələrdən maliyyə resurslarının cəlb edilməsi ilə bağlı problem görünmür. Bu layihə uğurla reallaşdırılacaq”.

Nazirliyin proqnozuna görə, 2017-ci ilə qədər Azərbaycanın bütün yaşayış məntəqələri internet şəbəkəsinə yüksək sürətli girişlə təmin ediləcək.

Elmir Vəlizadənin sözlərinə görə, keçən il bu layihənin reallaşdırılmasına Dövlət Neft Fondundan 100 milyon manat vəsaitin ayrılması planlaşdırılırdı və layihənin ümumi dəyəri 450 milyon manat idi. Hazırda isə layihənin son dəyəri müəyyən edilməyib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər