Yumurtanın qiymətində artım müşahidə olunur.
Son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb. Satıcılar deyir ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir.
Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.
Vətəndaşlar da qiymətlərin baha olmasından şikayətlənir.
Daha ətraflı videomaterialı təqdim edirik: