16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda yumurtanın pərakəndə satışı 40%-dən çox artıb

Dövlət Statistika Komitəsi yumurtanın pərakəndə satışı ilə bağlı statistika göstəriciləri açıqlayıb.

Banker.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin 3-cü rübü ərzində 28 milyon 132.3 min ədəd yumurta satılıb. Bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 8 milyon 330.3 min ədəd və ya 42.1% çoxdur.

2022-ci ilin ilk 3 rübü ərzində yumurtanın pərakəndə satışında 2021-ci ilin ilk 3 rübü ilə müqayisədə 21 milyon 658.6 min və ya 39.4% artım olub. Belə ki, cari ilin ilk 3 rübündə 76 milyon 646 min yumurta satılıb.

Son xəbərlər
Digər xəbərlər