9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda Zərgərlər Assosiasiyası yaradıla bilər

Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.

Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır:

“Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur”.

©Trend

Son xəbərlər
Digər xəbərlər