10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda zərgərlik bazarında bir sıra tədbirlərin görülməsi təxirəsalınmazdır”

Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına həmin bu keçidi həyata keçirməklə dəstək olmağa hazırdır.

“Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır”, – deyə nazir qeyd edib.

O həmçinin əlavə edib ki, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur: “Bir çox hallarda kölgə iqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yadda saxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaf fəaliyyət göstərəcəklər”.

©APA

Son xəbərlər
Digər xəbərlər