“Zabrat maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışının keçirilməsi haqqında elan verilib.
Banker.az xəbər verir ki, siyahıda adı göstərilən səhmdar cəmiyyətin özəlləşdirmə komissiyası əmək kollektivinə güzəştli satışın başlandığını elan edir.
Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:
- əsas iş yeri həmin müəssisə sayılan işçilər;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
- özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
- 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.
Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 26 may – 19 iyun 2025-ci il tarixinə kimi qəbul edilir.
Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.
Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 19 iyun 2025-ci il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə təqdim edilməlidir.
Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.
Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.