Azərbaycanda alkoqollu içkilər istehsalı ilə məşğul olan zavod növbəti illərdə məşhur Meksika içkisi “Tequila” (Tekila) istehsal etməyi planlayır.
Banker.az-a bu barədə “Mərəndi Şərab Zavodu”nun (Mərəndi MMC) direktoru, professor Vüqar Mikayılov bildirib.
“Mərəndi Şərab Zavodu bu il 1 hektar sahəyə aqava əkəcək və kötüyündən “Tekila” içkisi hazırlamaq istəyir”.
Tekilanın vətəni Meksika olan tünd alkoqollu içkidir. İlk dəfə tekila Azteklər tərəfindən hazırlanmışdır. Dünyada bu içkinin 3 növü vardır: Blanco, Repasado və Anejo. Hazırda qlobal miqyasda distil yolu ilə alınmış ən populyar istehlak edilən alkoqollu içkilərdəndir.
Qeyd edək ki, Azərbaycan 2021-ci ilin ilk 11 ayında Meksikadan 864.67 min ABŞ dolları dəyərində bu içkidən idxal edib.
2016-cı ildə yaradılan “Mərəndi Şərab Zavodu” hazırda şərab və müxtəlif növ araqlar istehsal edir.