9 C
Baku
Monday, November 18, 2024

Azərbaycandakı ABŞ kapitallı BOKT-nin rəhbəri dəyişdirildi

”KredAqro” BOKT MMC-nin rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Əkbərov Anar Füzuli oğlu rəhbər (təkbaşına) təyin edilib. O, bu vəzifədə Həsənov Hidayət Məhərrəm oğlunu əvəz edib.

Buna qədər şirkətə rəhbərlik etmiş şəxslər bunlardır:

  • Cəfərov Eldar Hüseyn oğlu
  • Əsədov Məcid Fərhad oğlu
  • Həsənov Hidayət Məhərrəm oğlu

Əkbərov A.F. buna qədər ”KredAqro” BOKT-nin risk meneceri idi.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% ABŞ-nin “ACDI/VOCA” təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər