21 C
Baku
Monday, May 5, 2025

Azərbaycandakı aviaşirkətlər keçən il yükdaşınmadan 2.6 mlrd. manat gəlir əldə ediblər

2024-cü ildə Azərbaycandakı yük daşıyan aviaşirkətləri gəlirlərini 23.5 faiz artırıblar.

Banker.az xəbər verir ki, aviaşirkətlər keçən il kaqordan təqribən 1 milyard 563.15 milyon ABŞ dolları və ya 2 milyard 657.35 milyon manat gəlir əldə ediblər.

2023-cü ildə bu rəqəm 2 milyard 152.23 milyon manat olmuşdu.

Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, keçən il yükdaşımaları illik müqayisədə 17 faiz artırmaqla 418,8 min tona qədər artırıblar.

Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixinə Azərbaycanda hava nəqliyyatında 13 762 nəfər işçi çalışır və bu da öncəki ildən 10.8 faiz artımdır.

Son xəbərlər
Digər xəbərlər