10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycandakı bank-maliyyə böhranı avqustda başa çatacaq

“Azərbaycan Mərkəzi Bankının ilk addımı pul siyasətinin yumşaldılması istiqamətində idi. Mərkəzi Bank bu istiqamətdə çox ehtiyatlı addım ataraq uçot dərəcəsini dəyişmədi. Amma cari il avqustun 1-də Mərkəzi Bank davamlı addımlar atsa, uçot dərəcəsinin aşağı salınmasını gözləmək olar”.

Bu fikirləri, Mərkəzi Bankın son qərarını və gözlənilən addımını şərh edən iqtisadçı-ekspert Fuad Əlizadə deyib. Ölkənin baş bankının atacağı addımların ölkə əhalisinə nə verəcəyini izah edən ekspert bildirib ki, keçən ilin 14 sentyabrında uçot dərəcəsi 9,5%-dən 15%-ə qaldırılmışdı: “Bu da pul kütləsinin, bankların əhaliyə verdiyi kreditlərin məbləğinin azaldılmasına, faizlərin artmasına səbəb olmuşdu”.

“Avqustun 1-dən sonra Mərkəzi Bankın banklar üçün yaradacağı şərait nəticəsində istehlak kreditləri daha əlçatan olacaq və faizlərin aşağı salınması tendensiyası yaranacaq. Bu isə onu göstərir ki, Azərbaycanın bank və maliyyə sistemində olan böhran başa çatır” — F. Əlizadə vurğulayıb. O, əlavə edib ki, verilən kreditlər isə Azərbaycan iqtisadiyyatının inkişaf tempinə müsbət töhfə olacaq: “Bununla da əhaliyə öz problemlərini kreditlərin hesabına həll etməyə imkan yaradacaq”.

 

Son xəbərlər
Digər xəbərlər