Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan üzrə yeni strategiyasını hazırlamağa başlayıb.
Banker.az Report-a istinalda xəbər verir ki, bunu EBRD-nin Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte deyib.
Onun sözlərinə görə, hazırda sözügedən sənədlə bağlı hökumətə daxil olan müxtəlif qurumlarla müzakirələr aparılır.
EBRD rəsmisi yeni strategiyanın 2019-cu ilin aprel-may aylarında hazır olacağını qeyd edib.
Xatırladaq ki, EBRD “Unibank” ASC (44,5%) və “Accessbank” QSC-də (20,00%) səhmdardır.