9 C
Baku
Friday, December 13, 2024

Azərbaycandakı hərraclarda dollar satışı 2 dəfəyə yaxın azaldı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) sentyabrdakı valyuta hərraclarında 400 milyon ABŞ dollarınadək vəsait satıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bildirilir ki, Dövlət Neft Fondu tərəfindən bu ilin sentyabr ayı ərzində valyuta hərraclarında 394,8 milyon dollar məbləğində vəsait satılıb. Bu da öncəki ayla müqayisədə 1,9 dəfə azalma olması deməkdir.

Xatırladaq ki, ARDNF avqust ayı ərzində 733,7 mln., iyulda 439 mln. ABŞ dolları satmışdı.

Son xəbərlər
Digər xəbərlər