7 C
Baku
Thursday, January 8, 2026

Azərbaycandakı iri ixracatçı şirkətin səhmlərinin bir hissəsi bu xanıma ötürüldü

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” mədən şirkəti 6 yanvar 2026-cı il tarixində səhmdar strukturunda dəyişiklik baş verdinyini açıqlayıb.

Banker.az xəbər verir ki, “Limelight Industrial Developments Limited” şirkəti 4 038 600 səhmdən 1 000 000-ni Yasamin Vaziri Lotfinezhada satıb.

İndi “Limelight”də 3 038 600 səhmdən qalır, xanım Lotfinezhad isə öz adına 1 000 000 səhmin sahibi olub.

Xanım Lotfinezhad “Limelight”un 100% sahibidir, yəni faktiki olaraq hələ də şirkətdə 4 038 600 səhmdə — yəni səsvermə hüquqlarının 3.532%-ində — nəzarətini saxlayır.

“Anglo Asian Mining PLC” şirkətinin Azərbaycandakı törəmə müəssisi “AIMKL”nin nümayəndəliyi bu il xaricə 112 mln. dollar həcmində ixrac gerçəkləşdirib. Bu da öncəki illə müqayisədə 3.4 dəfə artım deməkdir. Belə ki, ötən ilin ilk 10 ayında 33.1 manat həcmində ixrac gerçəkləşdirmişdi.

Hazırda AIMKL Azərbaycanda özəl şirkətlər içində ən iri ixracatçıdır.

Son xəbərlər
Digər xəbərlər