Astara rayonunun Kijəbə qəsəbəsində fəaliyyət göstərən “İqtisadi İmkanlar Kredit İttifaqı” MMC adını “Kapital Kredit İttifaqı”na dəyişib.
Buna səbəb kredit təşkilatının təsisçisinin dəyişməsidir.
Bununla əlaqədar maliyyə qurumunun hüquqi ünvanı da dəyişərək İmişli şəhəri, 28 may küçəsi olub.
Xatırladaq ki, “İqtisadi İmkanlar Kredit İttifaqı” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 560 manat, qanuni təmsilçisi isə Emil Teyyub oğlu Əhmədlidir.