Bu ilin yanvar-mart aylarında İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 531.2 milyon manatlıq xidmətlərin 75.1 faizi əhali sektoruna aid olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə
xidmətlərinin həcmi 2.5 faiz artıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 79.6 faizi qeyri-dövlət sektorunun payına düşüb, xidmətlərdən əldə edilən gəlirin 41.2 faizi və ya 219 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.