“Viator Mikrokredit Azəbaycan BOKT” MMC (Viator) ötən ili də böyük zərərlə tamamladığını açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə Viator-un 2017-ci il üzrə maliyyə hesabatında deyilir.
Hesabata görə, ötən il ərzində 1 810 608 manat ümümi faiz gəliri əldə edib ki, bu da 2016-cı il ilə müqayisədə 54% daha az gəlir əldə etməsi deməkdir. Bununla yanaşı gəlirlərin 1 189 843 manatını BOKT aktivlərin dəyərsizləşməsi üzrə ehtiyata ayırıb.
Qurumun faiz xərcləri 230 min manat, işçilər üzrə xərcləri isə 1mln. manat çox olub.
Beləliklə, ötən ilin davamı olaraq, qurumun zəriri 1,332,868 manat olub.
Aktivləri kiçilməkdədir
Viator-un aktivlərindəki kiçilmə bu ildə özünü hesabatda büruzə verir. Belə ki, 1 yanvar 2018-ci il tarixində aktivlərin ümumi həcmi 41% azalaraq 5 241 504 manata düşüb. Heç şübhəsiz bu azalmanın əsas səbəbi BOKT-un fəaliyyətlərindən əsas göstərici olan kredit portfelinin kəskin daralmasıdır. Kredit portfeli bir il ərzində 3 mln. manatdan çox kiçilərək 4,4 mln. manat təşkil edib.
Digər Azərbaycan BOKT-ları kimi Viator-un da cəmi kapitalı zərər etdiyi üçün balansındakı zərər nizamnamə kapitalından az olmasına gətirib çıxarıb. Hazırda cəmi kapitalı 675 533 manatdır.
Xatırladaq ki, Viator-un nizamnamə kapitalı hazırda 693 774 manatdır. Kapitalda yeganə pay sahibi Norveç Krallığına məxsus “Viator AS”-dir.