Azərbaycanda müxtəlif növ kimya məhsulların istehsalı və satışını həyata keçirən “Petrochem Qrup” MMC 2022-ci ildə gəlirlərini artırsa da, maliyyə xərclərinin böyüməsi, dividend gəlirlərinin illik müqayisədə düşməsi səbəbindən xalis mənfəəti azalıb.
Banker.az xəbər verir ki, şirkət hesabat müddətində 16.82 mln. manat gəlir əldə edib və 2021-ci ili 4.92 mln. manat və ya 41% üstələmiş olub.
“Petrochem Qrup” əsas fəaliyyəti kimyəvi məhsulların istehsalı, sürtkü yağlarının satışı, müxtəlif malların satışı üzrə agentlik fəaliyyəti, kimyavi məhsullarının paylanması, idxalı və ixracı və digər xidmətlərin göstərilməsidir. Şirkətin 6.4 mln. manatlıq nizamnamə kapitalının 35%-i cənab Fərhad Əliyevə qalan 65 şirkətin özünə məxsusdur.
Şirkətin satışlarının maya dəyəri 11.75 mln. manata çatdığından 2022-ci ildə 5.07 mln. manat ümumi mənfəət elan edib, lakin hesabat müddətində əməliyyat xərcləri böyüyüb. Məsələn, şirkətin inzibati və ümumi xərcləri illik müqayisədə 45% artaraq 3.09 mln. manat olub. 2021-ci ildə Şirkətə ödənilən 1.05 mln. dividend 2022-ci ildə 0.66 mln. manat olub.
Beləliklə, şirkət ili 2.2 mln. manat xalis mənfəət əldə edib. Halbuki, öncəki il 2021-də 2.4 mln. manat idi.
“Petrochem Qrup” MMC “Petrochem Performance Products” MMC-nin səhmlərinin 51%-nin sahibidir. 2022-ci ildə “Petrochem Qazaxıstan” MMO törəmə müəssisəsi ləğv edilib.
Şirkətin yığılmış mənfəəti 1 yanvar 2023-ci il tarixinə 12.04 mln. manatı keçib və əlavə olaraq hesabat müddətində həmtəsisçilərə 1.13 mln. manat dividend ayrılıb.