2016-cı il aprel ayına olan məlumata görə, respublika ərazisində ticarət və xidmət obyektlərində 75 min 563 ədəd POS-terminal mövcuddur.
Bunun 43 min 476-sı paytaxtın, 32 min 87 ədədi isə regionların payına düşür. Pərakəndə ticarət obyektlərində 74 min 271ədəd POS-terminal və ya bütün POS-terminalların 98,2 faizi quraşdırılıb.
Qeyd olunub ki, Vergilər Nazirliyinin Mərkəzi Bank və digər təşkilatlarla əlaqəli fəaliyyəti nəticəsində POS-terminalların sayının artması ilə yanaşı, onlardan istifadə də genişlənməyə başlayıb.
-Vergiler.az