20 C
Baku
Saturday, September 28, 2024

Azərbaycandakı proyektlə bağlı 400 min əmək haqqısı olan vakansiya elan edilib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Dəmir yolunun İnkişaf Proqramı çərçivəsində beynəlxalq şirkətlər üçün yeni vakansiya elan edib. Vakansiya üzrə əmək müqaviləsinin müddəti 6 ay nəzərdə tutulub.

Keyfiyyət və Dəyər əsasında Seçim (Quality and Cost-Based Selection – QSBS) metodu ilə keçirilən müsabiqənin qalibi olan şirkətin 2017-ci il fevralın 1-dən işə başlaması planlaşdırılır. Müsabiqənin məqsədi məsləhət xidmətləri göstərəcək şirkətin seçilməsidir.

BUNADA BAX: “Dollar”-ın Exceldə rolu nədən ibarətdir?

Noyabrın 2-si Manila vaxtı ilə saat 12:00-dək vaxtı bitəcək elan üzrə koordinator üçün ümumilikdə 443 200 ABŞ dolları məbləğində ödəniş edilməsi nəzərdə tutulub.

Bu vakansiya üzrə məsul şəxs ADB-nin nəqliyyat layihələri üzrə nümayəndəsi Jenq Vu (Zheng Wu), agent qurum kimi isə “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər