2021-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5302,4 min nəfər olmuş, onlardan 4986,6 min nəfərini məşğul əhali, 315.8 min nəfərini işsizlər təşkil etmişdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1702.1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.6 min nəfər, qeyri-dövlət sektorunda isə 798.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1670.5 min nəfər çalışıb.