İndiyədək ölkə ərazisində 58.095 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4.3 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38.1% çoxdur.