0 C
Baku
Thursday, February 20, 2025

Azərbaycandan 1 ton fındığın ixrac qiyməti 1100 dollara yaxın artıb

2025-ci ilin yanvar ayında Azərbaycandan 14 milyon 45 min dollar dəyərində 2 025 ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2024-cü ilin ilk ayında isə Azərbaycandan 10 milyon 411 min dollar dəyərində 1 782 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 35% artıb, miqdar ifadəsilə 14% artıb.

Müqayisə olunan dövrdə 1 ton fındığın ixrac dəyəri 5 min 842 dollardan 6 min 936 dollara yüksəlib (1094 dollar artıb).

Son xəbərlər
Digər xəbərlər