Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xaricə 164 min 876 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 122 milyon 435 ABŞ dolları olub.
Qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 152 milyon 11 min ABŞ dolları dəyərində 206 min 832 ton plastmassa və onlardan hazırlanan məlumatlar ixrac edilib ki, bu da cari ilin eyni dövrü ilə müqayisədə 29 milyon 576 min ABŞ dolları (19%) və ya 41 min 956 ton ( 20%) azalma deməkdir.