6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycandan 2 milyarddan çox kapital çıxarılıb

Bu ilin III rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyyə balansına dair hesabatda deyilir.

Hesabatda qeyd edilir ki, Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub.

Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər