Bu ilin yanvar-iyul aylarında Azərbaycan 56 milyon 577 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0.9%-ni təşkil edib.