23 C
Baku
Sunday, September 29, 2024

Azərbaycandan Aİ ölkələrinə valyuta axını 9%-ə qədər azalıb

2021-ci ilin yanvar-mart aylarında  Azərbaycandan Avropa İttifaqı ölkələrinə idxalın dəyəri 483 milyon 417 min ABŞ dolları təşkil edib ki, bu da illik müqyisədə 8.8% azdır.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana ən çox məhsul idxal edən ölkə Almaniya olub.

Yanvar-Mart aylarında  idxalda əsas ölkələrin siyahısında ilk sırada Almaniyadan sonra İtaliya və Fransa qərarlaşıb. Almaniyadan idxalın dəyəri 185 milyon 28 min ABŞ dolları, İtaliya 80 milyon 622 min dollar, Fransa isə 34 milyon 976 min dollar olub.

Azərbaycana ən az idxal edən Aİ ölkələri isə Malta (88 min dollar), Xorvatiya (460 min dollar) və Kiprdir (495 min dollar).

Son xəbərlər
Digər xəbərlər