Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 9 milyon 667 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə azalıb.
2019-cu ilin yanvar-oktyabr aylarında qeyd olunan məhsulların ölkədən ixracının dəyəri 21 milyon 439 min dollar təşkil edib.
Cari ilin on ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.67%-ə bərabər olub.
2020-ci ilin təkcə oktyabr ayında Azərbaycandan 580 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub. Sentyabrda isə bu göstərici 716 min ABŞ dolları olub. Aylıq müqayisədə də həmçinin azalma müşahidə olunub.