2021-ci ilin yanvar-fevral ayı ərində Azərbaycandan 2 881 min dollar dəyərində 7 282 ton alma ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracının dəyəri ötən ilin iki ayı ilə müqayisədə təxminən 2.3 dəfə azalıb.
Belə ki, 2020-ci ilin yanvar-fevral ayında ölkəmizdən 6 milyon 618 min dollar dəyərində 15 439 ton alma ixrac edilmişdi.