Bu ilin doqquz ayında 44 min 105 ton alma ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən almanın dəyəri 23 milyon 26 min dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 15 milyon 797 min dollar olmaqla 37 min 613 ton alma ixrac olunub.
İxrac edilən almanın dəyəri illik müqayisədə 46%, miqdarı isə 17.3% artıb.