-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan Avropa İttifaqı ölkələrinə $6 milyardlıq valyuta axıb

2021-ci ilin yanvar-iyul ayında  Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 6 milyard 229 milyon 768 min ABŞ dolları təşkil edib.

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bəhs olunan dövrdə Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkə İtaliya olub.

İxracda əsas ölkələrin siyahısında daha sonra İspaniya və Xorvatiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 357 milyon 384 min ABŞ dolları, İspaniya 514 milyon 450 min dollar, Xorvatiya 497 milyon 402 min ABŞ dolları olub.

Bu il Azərbaycandan ən az ixrac edən Aİ ölkələri isə Slovakiya (35 min dollar), Finlandiya (217 min dollar) və Danimarkadır (766 min dollar).

Son xəbərlər
Digər xəbərlər