13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycandan Avropaya fındıq ixrac asanlaşdı – Rəsmi

Avropa İttifaqının (Aİ) müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib.  Bununla da, fındıq məhsulları Aİ ölkələrinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar, Aİ-nin müvafiq Qərarına dəyişiklik edilərək, Azərbaycan Respublikası həmin Qərarın II Əlavəsindən çıxarılaraq, I Əlavəsinə daxil edilir. Yəni, bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız AQTA müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.

Qeyd edək ki, Aİ-nin 2019-cu il müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycandan Aİ ölkələrinə ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Belə ki, 2017-2018-ci illər ərzində ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanması səbəbindən hər iki ildə 18 (ümumilikdə 26) notifikasiya daxil olub və yük partiyaları geri qaytarılıb, yük partiyalarının yoxlama tezliyi isə artırılıb. 2020-ci ildə cəmi 1, 2021-ci il üzrə isə 2 notifikasiya qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər