6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan Avropaya təbii qaz ixracı rekord həddə çatıb

Avropa İtiifaqı (Aİ) ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon m3-ə yüksəlib.

Bu barədə “EADaily” portalı yazıb. Portal iddia edib ki, iyulda 36 milyon m3-lik köhnə rekord qırılıb.

Qeyd edilir ki, qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13.5 milyard m3-ə çatacaq.

Ekspertlər bildiriblər ki, bu həcm kifayət qədər böyükdür, lakin “Qazprom”un ixracı azaltması nəticəsində yaranan boşluğu doldurmaq üçün kifayət deyil.

Portal vurğulayıb ki, “Qazprom”un təbii qaz nəqlini 40 faiz azaltması nəticəsində hər min m3 qazın qiyməti 2 min 300 ABŞ dollarını keçib.

Avropa İttifaqı rəsmiləri qarşıdakı 5 ildə Xəzər dənizindən hasil edilən təbii qazın tədarükünü hər il 20 milyard m3-ə çatdırmağı hədəfləyirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər