2020-ci ilin ilk üç rübü ərzində 38 632 ədəd avtomobil xaricdən Azərbaycana gətirilib.
Bu barədə Banker.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 7 724 ədəd və ya 25% say baxımından artım deməkdir.
İdxal edilən avtomobillərin ümumi dəyəri isə 462.65 mln. ABŞ dolları təşkil edib.
İdxal olunan bu avtomobillərin 129 ədədi avtobus, 36 036 ədədi minik avtomobili, 2 377 ədədi yük avtomobili və 90 ədədi isə xüsusi təyinatlı mühərrikli avtomobillər olub.
Qeyd edək ki, ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 142 ədəd “e-car” gətirilib.