9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu – QƏRAR

Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında”  qərar verib. Nazirlər Kabineti nəzərə çatdırır ki, yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

Bunu nəzərə alaraq, Nazirlər Kabinet yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılması barədə qərar verib.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu qərardan irəli gələn məsələləri həll eməlidirlər.

Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər