2023-cü ildə Azərbaycandan 11 965 nəqliyyat vasitəsi beynəlxalq avtomobil daşımalarında iştirak edib.
Bunu “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.
“Bu rəqəm 2021-ci ildə 2 400 olub”, – deyə o qeyd edib.