11 C
Baku
Monday, April 28, 2025

Azərbaycandan bu il alma, armud və heyva ixracı 20%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan21,5 milyon ABŞ dolları dəyərində 31,6 minton alma, armud və heyva ixrac edilib.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

“Ölkəmizdən alma, armud və heyva ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm olaraq 20,5 %, dəyər olaraq isə 22,5 % artıb”, – məlumatda deyiir.

Bildirilir ki, son illər Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında nəzərəçarpacaq artım müşahidə olunur və hazırda da meyvə ixracı davam edir.

Son xəbərlər
Digər xəbərlər