13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycandan fərqli olaraq Qazaxıstanda bu sahələr vergidən azad ediləcək

Qazaxstan prezidenti ölkədə mikro və kiçik sahibkarlığı inkişaf etdirmək üçün, hökumətə qanun layihəsinin hazırlanması üçün tapşırıq verib.


Prezident hesab edir ki, mikro və kiçik sahibkarlıq ölkənin sosial və iqtisadi sahələrində mühüm yer tutur. Onun davamlığı edilən güzəştlərdən aslıdır. Bunun üçün 2020-ci ilin yanvar ayından 3 il müddətində mikro və kiçik sahibkarlıq subyektləri vergilərdən azad ediləcək. Zərəri qarşılamaq üçün milli fonddan 100 milyard tənqə vəsait ayrılıb.

Digər tərəfdən ( təxmini 260 milyon dollar) vəziyyətdən istifadə etməmək üçün ciddi nəzarət tədbirləri də həyata keçiriləcək. Azərbaycana gəldikdə isə, Qazaxstan addım atdı, biz də nümunə olaraq belə addım atmalıyıq. Bunun üçün isə vergi siyasətində dəyişiklik etmək lazımdır. Nədənsə müəyyən məsələlərdə bəzi ölkələrdən geri qalırıq. Güman edirəm VN bu aspektləri nəzərə alacaq.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər