2022-ci ilin ilk 5 ayında Azərbaycandan 53 milyon 760 min dollar dəyərində 9 577 ton fındıq ixrac edilib. 1 ton fındıq ölkəyə 5 613 dollar valyuta gətirib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2021-ci ilin ilk 5 aylı ilə müqayisədə dəyər ifadəsilə 39.4%, miqdar ifadəsilə 50% artıb.
2021-ci ilin yanvar-may ayında Azərbaycandan 38 milyon 577 min dollar dəyərində 6 393 ton fındıq ixrac edilmişdi.
Təkcə may ayında Azərbaycandan xaricə 4 milyon 541 min dollarlıq 912 ton fındıq ixrac edilib.