20 C
Baku
Monday, June 16, 2025

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə gpndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

Nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.

Qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir. O, əsasən pomidor, bibər, kartof kimi tərəvəz bitkilərinin, həmçinin qara itburnu (Solanum nigrum) və belena otu (Hyoscyamus niger) kimi yabanı otların köklərində yaşayır.

Zərərverici bitkilərin inkişafını zəiflədir, gövdə və yarpaqlar solğun rəng alır, sahədə sarımtıl ləkələr şəklində nematodun yaratdığı ocaqlar müşahidə olunur. Ən əsas əlaməti isə xırda ölçülü kartof yumrularıdır. Yoluxmadan təxminən beş il sonra sahədən məhsul götürmək mümkün olmaya bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər