6 C
Baku
Monday, December 16, 2024

Azərbaycandan Gürcüstana alternativ un idxal edilə bilər

“Gürcüstanda çörək artıq 10 tetri bahalaşıb və may ayının sonuna qədər qiymətdə artım gözlənilmir”.

Banker.az xəbər verir ki, bunu Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze keçirdiyi mətbuat konfransında deyib.

O, ölkəyə un idxalında problemin olmadığını bildirib: “Hazırda iki aylıq un ehtiyatımız var. Buna görə də çörək çatışmazlığı yaranmayacaq. Ehtiyatlar mərhələli şəkildə artırılacaq”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstan Rusiyanın əvəzinə Azərbaycan, Ermənistan və Qazaxıstanı alternativ un idxalı bazarı kimi nəzərdən keçirə bilər.

Gürcüstanın əsas buğda və un tədarükçüsü Rusiyadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər