1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycandan Gürcüstana “pul axını” artıb

Html code here! Replace this with any non empty text and that's it.

Ötən ay Azərbaycandan Gürcüstana 1 milyon 920 min dollar pul köçürülüb.

Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 14,02% artıb. Azərbaycandan Gürcüstana daxil olan pul kütləsinin ümumi köçürmələrdə payı 1,32% təşkil edib.

May ayında qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 145,8 milyon dollar pul daxil olub. Bu məbləğ illik müqayisədə 15,4 milyon dollar və ya 11,8% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 20,5 milyon dollar pul köçürülüb. İllik müqayisədə bu göstəricidə 3,9%, yaxud 19,7 milyon dollar artım qeydə alınıb.

Report

Son xəbərlər
Digər xəbərlər