Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi azaldığı halda, oradan ölkəmizə pul köçürmələrin həcmi artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk 6 ayı ərzində Azərbaycandan fiziki şəxslərin Gürcüstandakı şəxslərə köçürdüyü pul baratlarının həcmi 5.69 mln. dollar və ya 18% azalaraq 25.91 mln. dollar təşkil edib.
Gürcüstandan Azərbaycandakı əhaliyə köçürülmüş pul baratlarının həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 1.79 mln. dollar və ya 13% artaraq 15.26 mln. manat olub.
Qeyd edək ki, cari ilin ilk yarısında xaricdən Azərbaycandakı fiziki şəxslərə köçürülən pul baratları 890.7 mln. dollar olarkən, Azərbaycandan xaricə 254.71 mln. dollar olub.