Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 14 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 4,6 milyon ABŞ dolları və yaxud 25 % azdır.
Yanvar-martda qonşu ölkədən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 4,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 21 % çoxdur.