Azərbaycanda Gürcüstana pul köçürmələrin həcmi kəskin azalıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübündə Gürcüstandakı fiziki şəxslərə Azərbaycanda pul köçürmələrinin həcmi 7 milyon ABŞ dolları olub.
Bu 2024-cü ilin eyni dövründə 14 milyon 645 min dollar olub.
Beləliklə, illik müqayisədə Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 7 milyon 643 min dollar və ya 52 faiz azalıb.
Eyni zamanda Gürcüstandan Azərbaycandakı fiziki şəxslərə göndərilən pul baratlarının həcmi illik müqayisədə 27 faiz azalaraq 9 milyon 260 min dollardan 6 milyon 740 min dollara düşüb.