15 C
Baku
Friday, October 18, 2024

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb

Yanvar ayında Gürcüstana 633 201 beynəlxalq ziyarətçi səfər edib.

Bu barədə ölkənin Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə ziyarətçilərin sayı 19,8% artıb. Turist səfərlərinin sayı isə 363 614 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 675 və ya 18,9% çoxdur.

Ötən ay Gürcüstan ən çox Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən ziyarətçilər qəbul edib. Azərbaycandan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı illik müqayisədə 34,9% artıb. 

©Report

Son xəbərlər
Digər xəbərlər