2020-ci ildə Azərbaycandan 12 milyon 063 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azalıb.
2019-cu ilin 12 ayında Azərbaycandan 23 milyon 706 min dollarlıq Alkoqollu vә alkoqolsuz içkilәr vә sirkә ixrac edilmişdi.
2020-ci ilin 12 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.65%-ə bərabər olub.