Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Belə ki, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.