Yanvar-Sentyabr ayları ərzində Azərbaycandan ixrac olunan polietilenin dəyəri 59 milyon 51 min təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən polietilen 90 min 787 ton təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında polipropilen ixracı isə 65 min 676 ton təşkil edib. İxrac edilən polipropilenin dəyəri 53 milyon 58 min ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polietilen ixracı 4.60%, polipropilenin ixracı isə 4.14% paya malik olub.